“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə oyundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, ilk olaraq oyun haqda fikirlərini bildirib:
- Çox şükürlər olsun ki, məğlub olmadıq, 1 xal qazandıq. Oyunun sonlarında çox yaxşı imkanlarımız oldu. Fikirləşirəm ki, bu, "Qarabağ"ın avrokuboklarda ən yaxşı oyunlarından biri idi. Bilirsiniz, çox çətin qrupa düşmüşük. Ehtimal var idi ki, qrupu xalsız başa vuraq. Amma çox istəyirdik ki, xal qazanaq. Stadiona gələn azarkeşlər futboldan həzz aldılar. Yaxşı mübarizə getdi. Deyərdim ki, bu gün qoldan başqa hər şey oldu.
- Artıq "Qarabağ"ın Çempionlar Liqasının ritmini tutduğunu düşünmək olar?
- Deməzdim. Qarşıda 3 oyunumuz var və onlardan ikisi səfərdədi. Bizi çox çətin səfərlər gözləyir. Həm "Atletiko"nun, həm də "Roma"nın qrupdan çıxmaq şansı var. Bu elə bir turnirdi ki, konkret fikir bildirmək olmur. Hər oyunda ilk dəqiqədən son ana qədər mübarizə aparmaq lazımdı.
- Hakimdə rəqibə qarşı simpatiya hiss etmirdiniz?
- Hakimlər haqda çox danışan deyiləm. Amma bu gun hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu.
- Qrupu üçüncü pillədə başa vurmaq nə dərəcədə realdır?
- Bu gün qələbə qazansaydıq, şansımız daha çox olardı. Amma bilirsiniz ki, "Roma" və "Atletiko" ilə səfərdə oynayacağıq. Bir qədər çətin görünsə də, əlimizdən gələni edəcəyik.
- Növbəti oyunda U-19-a kim rəhbərlik edəcək?
- Madriddəki oyuna da komandanı meydana mən çıxarmayacam. Çünki "Roma" ilə oyundan sonra Qurban müəllim buna icazə vermədi. Fikirləşirəm ki, "Qarabağ"a oyunçu kimi lazımam.
- Hakimlərin Madriddəki oyunda daha ciddi səhvlər etməsindən qorxmursunuz?
- Bu tip şeylərə hazır olmaq lazımdı. Böyük komandalardı və belə komandalara həmişə simpatiya var. Düşünürəm ki, futbolun inkişafı üçün hamı "Atletiko"nun daha irəli getməsini istəyər. Hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Çünki ondan öncə də, şanslarımız oldu və yararlana bilmədik. Xüsusən də son dəqiqələrdə şanslarımız oldu.
- Növbəti oyuna ciddi itkilərlə çıxacaqsınız. Çətin olmayacaq?
- Dinonu itirdik, Bədavinin növbəti oyunda iştirakı sual altındadı. Düşünürəm ki, Hüseynovun zədəsi həddindən çox ciddidi. Bizi çempinatda da çətin oyun gözləyir, fiziki baxımdan həmin matça köklənmək çox çətin olacaq. İki çempionat oyunumuz var və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
"İnter"dən darmadağın
Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq - Rəsmi
"Neftçi"nin məşqçisi: "Məncə, bacaracağıq"
"Neftçi" - "Kəpəz" oyununda vurulan qollar - Video
"Çox danışılası bir şey yoxdur" - Adil Şükürov
"Neftçi" "Kəpəz"i darmadağın etdi
Poçetitnodan gələcəyi ilə bağlı açıqlama
ÇL-də həftənin ən yaxşı futbolçusu odur
"Neftçi" - "Kəpəz": Heyətlər
Futzal üzrə Çempionlar Liqasının yeni formatı bilindi
Birinci liqada oyunların vaxtı açqlandı
Mövsümü başa vurdu, Avro-2024-ü də buraxa bilər
"Biz hər cür araşdırmaya açığıq" - Klub prezidenti
Avro-2024-ün rəsmi mahnısı təqdim olundu - Video
Budaq Nəsirov 4 oyunluq cəzalandı
"Belə halların yaşanması qəbuledilməzdir" - AFFA rəsmisi
AFFA Gəncədəki dava ilə bağlı qərar verib
“Gəlin, bu lənətə gəlmiş kuboku götürün”
"Kəpəz" "Neftçi" ilə oyuna 8 itki ilə çıxacaq
Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd
Misli Premyer Liqasında 34-cü turun hakimləri açıqlandı
ETOPAZ-dan Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım - Video
"Şamaxı"nın vacib qələbəsi - Video
"Atalanta"nı finala yüksəldən qələbə - Video
Mərkəzi oyunda qalib aşkarlanmadı - Video
Danimarka kubokunun qalibi müəyyənləşdi
“Neftçi” “Kəpəz” önünə itkilərlə çıxacaq
Avroliqada finalçılar müəyyənləşdi
"Olimpiakos" Yunanıstandakı finala vəsiqə qazandı
MOİK-dən 5 qollu qələbə - Video
Azərbaycan boksçuları Tailandda hazırlıq keçəcəklər
"Bu, Azərbaycan xalqının qələbəsidir" - Rafiq Hüseynov
Deyvis "Real"la danışıq aparır
110 illik fasilədən sonra kuboku qazandılar
"Arsenal" Jorjinyo ilə müqaviləni uzatdı
"İmişli" - "Qaradağ-Lökbatan" matçında insident
"Turan Tovuz" azarkeşlərə müraciət etdi
"Şamaxı"dan qələbə, liderdən xal itkisi
"Bavariya" son 12 ildə ilk dəfə kuboksuz qaldı