Qol.Az

Azərbaycan futbolunda analoqu olmayan hadisə


 

QURBAN QURBANOVUN İLK MƏŞQÇİSİ 49 YAŞINDA YAŞIL MEYDANA QAYITDI

Həftəsonu Premyer Liqa klublarının əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının IV turu çərçivəsində baş tutan “Bakı” - “Simurq” oyununda analoqu olmayan hadisə yaşanıb. Qol.Az-ın məlumatına görə, Zaqatala klubun heyətində ikinci hissədə meydana komandanın baş məşqçisi, 49 yaşını çoxdan haqlamış Şaban Şirdanov da daxil olub. Şirdanov komandasının məğlubiyyətini həzm edə bilmədiyindən, qarşılaşmanın 74-cü dəqiqəsində Vüsal Qarayevin əvəzinə meydana daxil olub.
Maraq üçün qeyd edək ki, Şaban Şirdanov Zaqatala futbolunun təcrübəli məşqçilərindən hesab olunur. Hazırda “Qarabağ”ın baş məşqçisi vəzifəsində çalışan Qurban Qurbanovun ilk baş məşqçisi olub.    

 





15.09.2009    çap et  çap et