Tarixində ilk dəfə bu mövsüm Almaniya çempionu olan "Bayer-04" həm də məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməkdədir.
Məlum olduğu kimi, Xabi Alonsonun komandası 2023/24 mövsümündə bir oyunda da uduzmayıb.
QOL.az xəbər verir ki, halbuki buna yaxın olduğu matçlar da olub. Məsələn, elə Azərbaycan çempionu "Qarabağ"la son 2 Avroliqa oyununda (1/8 final) Leverkuzen təmsilçisi hesabda 2 dəfə geri düşsə də, son dəqiqədə vurduğu qol və ya qollarla ya məğlubiyyətsən xilas olub, ya da qələbəni təmin edib.
Aprelin 21-də Almaniya bundesliqasının "Borussiya"ya (Dortmund) qarşı görüşündə də "Bayer 04" hesabda geridə olub. Lakin maraqlıdır ki, yenə son dəqiqədə (90+7) Stanişiçin vurduğu qol sayəsində məğlubiyyətdən qaça bilib. Beləliklə də onlar bu mövsüm uduzmadıqları oyun sayını 45-ə çatdırıblar (bütün turnirlərdə).
Maraqlıdır ki, "Bayer" bu mövsüm düz 15 dəfə 90 və ya sonrakı dəqiqələrdə rəqib qapısına yol tapıb (2 dəfə 90-cı, 13 dəfə isə 90+ dəqiqələrdə).
Bu qollardan 4-ü isə "Qarabağ"ın qapısına vurulub. Onlar Bakıdakı qrup matçında 1 dəfə (Viktor Bonifeys, 90+4 -cü dəq. penaltidən), 1 dəfə 1/8 finalın ilk oyununda (Patrik Şik, 90+2) və həmin mərhələnin Leverkuzendəki cavab qarşılaşmasında 2 dəfə (Patrik Şik, 90+3, 90+7) son dəqiqələrdə Ağdam klubunun qapısına yol tapıblar.

"Bayer" bu mövsüm "Qarabağ"dan sonra son dəqiqələrdə ən çox 2 dəfə isə "Bavariya"nın qapısından top keçirib. Onlar bir matçda 90+4, digər görüşdə isə 90+5-ci dəqiqədə Münhen komandasının qapısına qol vurublar.
"Bayer"in bu mövsüm 90 və ya 90+ dəqiqələrdə qol vurduğu komandalar:
"Tevtoniya Ottenzen" - 90-cı dəqiqə
"Bavariya" - 90+4-cü dəqiqə
"Zandhauzen" - 90+2-ci dəqiqə
"Qarabağ" - 90+4-cü dəqiqə
"Auqsburq" - 90+4-cü dəqiqə
"RB Leyptsiq" - 90+1-ci dəqiqə
"Bavariya" - 90+5-ci dəqiqə
"Ştutqart" - 90+1-ci dəqiqə
"Qarabağ" - 90+2-ci dəqiqə
"Qarabağ" - 90+3-cü, 90+7-ci dəqiqə
"Heffenhaym" - 90+1-ci dəqiqə
"Vest Hem" - 90+1-ci dəqiqə
"Verder" - 90-cı dəqiqə
"Borussiya" (Dortmund) - 90+7-ci dəqiqə
QOL.az
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu