Qol.Az - print Qol.Az

"Trabzonspor" Ramil Şeydayevlə yolları ayırdı - rəsmi


 

"Trabzonspor" Ramil Şeydayevlə yolları ayırdı - <b style="color:red"> rəsmi</b> Türkiyənin "Trabzonspor" klubu millimizin üzvü Ramil Şeydayevlə yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Şeydayevin Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi var idi. Trabzon təmsilçisi Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. 

Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" klubundan transfer olunmuşdu. Gənc hücumçu ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.
 





09.08.2018    çap et  çap et