Qol.Az - print Qol.Az

Ronaldo yeni rekordundan danışdı


 

Ronaldo yeni rekordundan danışdı

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Borussiya"ya qalib gəldikləri oyunu (3:2) şərh edib.

Qol.az-ın məlumatına görə, UEFA-nın saytına danışan portuqaliyalı hücumçu yeni rekorda imza atdığı matçla bağlı bunları bildirib: "Çox sevincliyəm. Qrup mərhələsini yaxşı sonluqla başa vurmaq istəyirdik və buna nail oldum. Qol vuraraq komandamın qələbə qazanmağına kömək etdim. Qol yaxşl alındı. Qrup mərhələsinin bütün oyunlarında qol  vuran ilk oyunçu olduğum üçün şadam".

Qeyd edək ki, K.Ronaldo "Borussiya"ilə görüşdə fərqlənərək ÇL-in qrup mərhələsi tarixində 6 oyunun hamısında rəqib qapısına yol tapan ilk futbolçu olub.

 





07.12.2017    çap et  çap et