Qol.Az

"10 xal topladığımız üçün çoxlu tərif aldıq" - Dmitri Nazarov


 

"10 xal topladığımız üçün çoxlu tərif aldıq" - <b style="color:red">Dmitri Nazarov</b>

Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq. Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynamaq sevindirici idi”.
 
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsində çıxışlarını dəyərləndirərkən deyib.

"Bild"ə danışan 27 yaşlı hücumçu bildirib ki,  Çexiya ilə Bakıdakı görüşdə qasıq nahiyəsindən zədələndiyi üçün Almaniyaya qarşı səfər görüşündə cəmi 20 dəqiqə meydanda olub.
 
"Erçebirge Aue”nin futbolçusu D. Nazarov ikinci bundesliqanın 10-cu turunda qarşılaşacaqları "Qröyter Fürt”lə səfər  görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını deyib: "Məşqlərə bir günlük məşqə ara vermişəm. "Qröyter”lə oyuna hazır olacağam. Rəqib hücum futbolu sərgiləyir və təhlükəlidir. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq".

 





12.10.2017    çap et  çap et