Qol.Az

“Sevilya” “Siti”nin oyunçusunu aldı


 

“Sevilya” “Siti”nin oyunçusunu aldı

“Sevilya” “Mançester Siti”nin hücumameylli yarımmüdafiəçisi Nolitonu heyətinə qatıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı ispan futbolçu ilə 3 illik müqavilə imzalanıb. Təzminat qiyməti barədə məlumat verilməyib.

Qeyd edək ki, Nolito ötən mövsüm İngiltərə Premyer Liqasında 19 oyun keçirib, 4 qol vurub və 2 qolun ötürməsini verib. “Mançester Siti”də əsas heyətdə yerini itirən futbolçu baş məşqçi Xosep Qvardioladan narazı olmadığını desə də, komandadan ayrılmaq istədiyini açıqlamışdı.

 





16.07.2017    çap et  çap et