Qol.Az

Samir Abasov təəssüflənir


 

Samir Abasov təəssüflənir

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premer Liqanın 13-cü turunda AZAL-la səfər oyunu (1:1) ilə bağlı fikirlərini bildirib.

Qol.az-ın xəbərinə görə, matçdan sonra keçirilən mətbuat konfransında o bildirib ki, autsayderlə oyunda 2 vacib xal itirdikləri üçün təəssüflənir. Onun fikrincə, gələcəkdə itirilən xalların ağrısını yaşayacaqlar. S.Abasovun sözlərinə görə, komandasının hədəfi 3 xal qazanmaq olub: “Belə oyunlarda xal itirmək istəməzdik. Ancaq məğlubiyyətdənsə 1 xal qazanmaq da yaxşıdır. Bu gün çox çalışdıq. Bunun da bəhrəsini gördük, xal qazandıq”.

Gənc məşqçi bildirib ki, birinci hissədə komandası çox top itkisinə yol verib: “Bizim cinah müdafiəçilərimiz hücuma qoşulsa da, sonda topu rəqib müdafiəçilərə verib geri qayıdırdılar. Bu üzdən hücumlar təhlükəli alınmırdı”.

 





27.11.2016    çap et  çap et