"Bütün oyunlarda qələbə qazanmaq istəyirik" - Qriqorçuk

"Bütün oyunlarda qələbə qazanmaq istəyirik" - Qriqorçuk
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2016 / 21:01 2831
-  A +

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 5-ci turunda AZAL-la oyundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Komanda keçirdiyi oyunlarda qapısını toxunulmaz saxlaya bilib. Bu, rəqib hücumçuların "dişsizliyi"dir, yoxsa müdafiə xəttiniz güclənib?

- Yenə çalışmaq lazımdır. Müdafiə xəttimiz yaxşı oyun nümayiş etdirir.
 
- Rafael Santosun adının iştirak ərizəsinə daxil edilməməsinin səbəbi nə idi? Ona da yol görünür?

- Xeyr. O, bizim inandığımız futbolçulardan biridir. Rafael bizə çox lazım olacaq.
 
- Komandanın yeni transferi Franyiçi də bu gün meydanda görə bilmədik.

- Onun ötən oyun səhvi olmamışdı. Düzdür, qol imkanlarından yararlana bilməmişdi. Ancaq onu meydana buraxıb, başqasını ehtiyatda saxlasaydım, yenə sual verəcəkdiniz ki, filan oyunçu niyə oynamadı?(gülür)
 
- Qismət Alıyev və Roman Hüseynovun oyununu necə şərh edərdiniz?. Nəzərə alaq ki, ikinci qolla yadda qaldı...

- Alıyev istədiyimiz kimi oynamadı. Amma bu o demək deyil ki, hər şey bitib. Biz səbrli davranmalıyıq. Əvəzetmə də bununla bağlı idi. İnanıram ki, Roman bizi yenə sevindirəcək.
 
- Roman Romanı qucaqlayanda nə hiss etdi?

- Belə anlarda futbolçular şən olurlar. Mən də onun kimi sevindim.
 
- Qarşıda sizi sıx qrafik gözləyir. Əsas diqqəti çempionata yönəldəcəksiniz, yoxsa "Maynz"la matçı düşünürsünüz?

- Biz turnirləri bir-birindən ayırmırıq.  Bunu əvvəl də qeyd etmişəm. Hər ikisi bizim üçün vacibdir. Biz ilk növbədə "Sumqayıt"la oyunu düşünürük. Digər tərəfdən Avropa Liqasında oynamağımız böyük hadisədir. Rəqiblərimizin də hansı çempionatda oynadığını düşünmək lazımdır. Tək-tük komandalar olar ki, belə turnirlər onlar üçün vacib olmasın. Biz bütün oyunlarda çətin də olsa, qələbə qazanmaq istəyirik.

Mənbə: futbol11.az

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə