UEFA AFFA və milli komandamızı cəzalandırdı

UEFA AFFA və milli komandamızı cəzalandırdı
ÖLKƏ FUTBOLU 12 Yanvar 2010 / 20:22 1913
-  A +

UEFA Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasında süni yaş azaltma (“lipa”) prosesi ilə bağlı araşdırmaları başa vurub. Qol.Az-ın  AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, beynəlxalq futbol qurumu sərt cəza qərarı çıxarıb.

UEFA-nın Nəzarət və İntizam Komitəsinin U-19 yığmamız barədə aşağıdakı qərarları qəbul edib:

1. 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 19 – 24 sentyabr aralığında keçirilmiş İspaniya – Azərbaycan, Azərbaycan – Ukrayna və Kipr – Azərbaycan oyunlarının nəticəsi ləvğ olunsun. Hər üç oyunda Azərbaycan yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilsin.

2. Futbolçular İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova 30.11.2010-cu ilədək müddətə ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya olunsun.

3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbolçulara bu barədə məlumat versin.

4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 60.000 (altmış min) avro məbləğində cərimə olunsun.

5. 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması 2010 və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılsın. 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü təyin olunsun.

 

Daha çox


Son xəbərlər