Almaniya superkuboku: "Bavariya" penaltilərdə uduzdu

Almaniya superkuboku: "Bavariya" penaltilərdə uduzdu
DÜNYA FUTBOLU 2 Avqust 2015 / 01:35 13158
-  A +

Bu gün Almaniyada superkubokun yeni qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Bavariya" və "Volfsburq" komandaları üz-üzə gəlib.

"Folksvagen Arena"da keçiriləcək oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Son dəqiqələrdə hesabı bərabərləşdirən "Volfsburq" penaltilər seriyasında rəqibini məğlub edərək (5:4) tarixində ilk dəfə superkuboka sahib çıxıb. 

Qeyd edək ki, "Bavariya" Bundesliqanın, "Volfsburq" isə ölkə kubokunun qalibi kimi superkubokda oynamaq hüququ əldə edib.

 

 

1 avqust

Almaniya superkuboku

23:30. "Volfsburq" - "Bavariya" - 1:1 (Penaltilər seriyası - 5:4)
Qollar:
Robben, 49 (0:1), Bendtner, 89 (1:1)


Son xəbərlər