Rusiya mətbuatı Berti Foqtsu tənqid atəşinə tutdu

Rusiya mətbuatı Berti Foqtsu tənqid atəşinə tutdu
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2009 / 12:52 2399
-  A +

Millimizin baş məşqçisi Berti Foqstun Almaniya ilə bu gün keçirəcəyimiz dünya çempionatının seçmə mərhələ oyunundan öncə “Almaniya bu oyunda qalib gələcək” deməsi rusların da təəccübünə səbəb olub. Qol.Az-ın məlumatına görə, ruslar Foqtsun Finlandiya ilə oyundan sonra “Almaniyanı məğlub etməyə gedirik” açıqlamasından nə qədər ümidlənmişdilərsə, onun son sözlərindən bir o qədər məyus olublar. Şimal qonşularımız artıq Hannoverdəki nəticənin razılaşdırıldığını iddia edərək almanların rahat qələbə qazanacaqlarını düşünürlər. Rusiya mətbuatı Foqtsu verdiyi sözə əməl etməməkdə və onu həmyerlilərinə qrup liderliyini təmin etməyə kömək etməkdə ittiham ediblər. Şimal qonşularımız eyni zamanda iddia edirlər ki, millimiz almanlara asanlıqla, mübarizəsiz təslim olmaqla yanaşı, Bakıda Rusiya millisinə badalaq vurmaq üçün də əlindən gələni edəcək: “Uels - Rusiya matçı almanların diqqət mərkəzində olacaq. Çünki onlar üçün Kardiffdəki qarşılşamanın nəticəsi çox önəmlidir. Hannoverdə keçirəcəkləri oyun qrup lideri üçün heç bir əhəmiyyət daşımır. Onsuz da almanların Azərbaycanı məğlub edəcəyinə heç kimin zərrə qədər də şübhəsi ola bilməz. Ona görə yox ki, Azərbaycan millisinin səviyyəsi aşağıdır. Həm də ona görə ki, Foqts həmyerlilərinə kömək edəcək. O, görünür, Finlandiya ilə oyundan sonra verdiyi “Almaniyanı udmağa gedirik” açıqlamasını elə Almaniyada unudub. Çünki vətənə ayaq basan kimi, “sentyabrın 9-da Almaniya qalib gələcək” fikrini səsləndirib. Bu isə onu göstərir ki, Foqts həmyerlilərini zirvədə görməyi arzulayır və rus azarkeşlər Hannoverdəki qarşılaşmadan ümidlərini üzsələr, yaxşıdır. Orada hər şey həll olunub. Heç almanların əsas qapıçısı Robert Enkenin guya “qripə yoluxmasına” da inanmayın. Onu sadəcə Moskvadakı oyuna qoruyurlar. Löv çox rahatlıqla eksperimentlər apara bilər. Hər necə olsa, həmyerlisi Foqts ona problemsiz 3 xal bağışlayacaq. Almanların 2-3 top vuracağı dəqiqdir. Həmyerllərinin qrup lideri olması üçün əlindən gələni edəcək Foqtsun növbəti əsas missiyası Bakıda Rusiya millisindən xal almaq və almanların qrup lideri olmasını təmin etmək olacaq. Elə onun verdiyi "Rusiya ilə oyun Azərbaycan üçün hər mənada prinsipialdır" açıqlaması bütün suallara aydınlıq gətirir”.


 

Daha çox


Son xəbərlər