Kaka: "Mourinyoya güvənirik"

Kaka: "Mourinyoya güvənirik"
DÜNYA FUTBOLU 2 Mart 2013 / 13:37 2689
-  A +

Madrid “Real”ının oyunçusu futbolçusu Kaka “Barselona” ilə oyun qabağı mərbuata açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  braziliyalı futbolçu böyük matçlara hazır olduğunu bildirib: “Kimsə futbolu buraxmalı olduğumu mən hiss etdirməyib. Hələ futbolun içindəyəm. Böyük oyunlar özümüzü göstərmək üçün yaxşı fürsərdir. “Barselona” ilə matçda oynasam bu fürsəti ən yaxşı şəkildə dəyərləndirəcəm. Mourinyo “Real” üçün ən yaxşısını düşünür”.

Kaka “Kral kuboku”nun yarımfinalında “Barselona”yla oyunda iştirak etməməsini normal qarşıladığını və baş məşqçinin fikrinə hömətlə yanaşdığını qeyd edib: “Barselona”ya qalib gəlmək özünəinam baxımından bizə çox lazım idi. Bu komandaya qalib gəlmək bzim üçün həmişə sevindiricidir. Hər zaman baş məşqçimizə güvənirik.

Təcrübəli futbolçu sözlərini ölkəsində keçiriləcək DÇ-2014-də Braizliya milli komandasının formasını geymək istəməsilə bitirib.

Son xəbərlər