İspaniya Kral kuboku: "Barselona" "Malaqa" ilə bacarmadı

İspaniya Kral kuboku: "Barselona" "Malaqa" ilə bacarmadı
DÜNYA FUTBOLU 17 Yanvar 2013 / 10:34 3728
-  A +

Futbol üzrə İspaniya Kral kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına keçirilir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə "Saraqoza"nın qonağı olan "Sevilya" rəqibi ilə bacarmayıb. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Öz meydanında "Malaqa" ilə qarşılaşan "Barselona" rəqibin ciddi müqaviməti ilə üzləşib. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar - 2:2.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarına bu axşam yekun vurulacaq.






15 yanvar

"Real" (Madrid) - "Valensiya" - 2:0
Qollar:
Benzema, 37 (1:0), Quardado, 73-avtoqol (2:0)



16 yanvar

"Saraqoza" - "Sevilya" - 0:0

"Barselona" - "Malaqa" - 2:2
Qollar:
İturra, 26 (0:1), Messi, 29 (1:1), Puyol, 30 (2:1), Kamaço, 90 (2:2)


17 yanvar

"Atletiko" (Madrid) - "Betis"


Son xəbərlər