Branko İvankoviç «Xəzər-Lənkəran»a niyə gəlmədi?

Branko İvankoviç «Xəzər-Lənkəran»a niyə gəlmədi?
ÖLKƏ FUTBOLU 4 Dekabr 2008 / 17:57 3912
-  A +

Qol.Az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, «Xəzər-Lənkəran»ın baş məşqçi postuna əsas namizədlərdən biri xorvatiyalı Branko İvankoviç olub. İvankoviç bu yaxınlarda Zaqrebin «Dinamo» klubundan ayrılıb. O, bu komandaya çempionluq yaşatsa da, rəhbərliklə fikir ayrılığına görə, postunu tərk edib. Vaxtilə Xorvatiya yığmasında Miroslav Blajeviçin köməkçisi olmuş məşqçi «Xəzər-Lənkəran» rəhbərliyindən düşünmək üçün vaxt istəyib. Amma bu Cənub klubunu razı salmayıb. Təcrübəli mütəxəssis Almaniyanın «Hannover» klubu ilə yanaşı, İran yığmasını da çalışdırıb. Qeyd edək ki, İvankoviçin rəhbərlik etdiyi Zaqreb «Dinamo»su ötən il Çempionlar Liqasında «Xəzər-Lənkəran»ı iki oyunun nəticəsinə görə (1:1, 3:1) mübarizədən kənarlaşdırmışdı.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə