Maradona: "300 spartalı 10 min farsı məhv edibsə, 11 yunan da 11 almanı məğlub edə bilər"

Maradona: "300 spartalı 10 min farsı məhv edibsə, 11 yunan da 11 almanı məğlub edə bilər"
GÜNDƏM 22 İyun 2012 / 14:33 2412
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Avro-2012"nin 1/4 final mərhələsi çərçivəsində bu axşam baş tutacaq Almaniya - Yunanıstan matçı haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Times of İndia"ya danışan Maradona axşamkı matçın bu iki komanda arasında oyun deyil, savaş olacağını bildirib:

"Təbii ki, Almaniya bu görüşün əsas favoritidir. Ancaq tarixdə "Termopilae" döyüşündə 300 spartalı 10 min farsı məhv edibsə, düşünürəm ki, bu axşam 11 yunan futbolçu da 11 almanı məğlub edə bilər. Məncə, bu axşam oyun yox, savaş olacaq".

Qeyd edək ki, Almaniya - Yunanıstan matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi