Azərbaycan yığmasının kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasının 2-ci turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra müsahibə verib.
- Kiprdə yeganə qolun müəllifi siz oldunuz. Matçı necə şərh edərdiniz?
- Görüş çox ağır keçdi. Karantindən sonra bəzi futbolçularda fiziki durum tam istənilən səviyyədə deyildi. Oyunlar arasındakı interval isə cəmi 3 gün qoyulub. Üstəlik, yolu da qeyd etmək istərdim. Baş məşqçimiz Canni De Byazi rəqibi yaxşı analiz etdi. Fərqli taktiki sxemlə oynadıq. İlk "11-lik"dəki və oyuna sonradan daxil olan oyunçular da özlərini müsbət tərəfdən göstərməyi bacardılar.
- Bəs Lüksemburqa Bakıda 1:2 hesabı ilə uduzduğunuz oyunda nə çatmadı?
- İlk oyun idi, Futbolçular və taktiki sxem fərqli idi. Oyunumuz istədiyimiz kimi alınmadı. 25-ci dəqiqədə 10 nəfərlə qalmağımız bütün planlarımızı alt-üst etdi. Futboldan anlayışı olan hər kəs gözəl bilir ki, komanda azlıqda qaldıqda necə çətin olur.
- İlk turdakı məğlubiyyətin psixoloji təsirindən çıxmaq çətin olmadı?
- Kiprlə oyununadək psixoloji tərəfdən ən hazırlıqsız oyunçu bəlkə də mən idim (gülür - O.R.). Çünki özüm barədə çoxlu tənqid eşitmişdim. Yaxşı ki, gənc deyiləm, bu kimi situasiyalardan asanlıqla çıxa bilirəm. Lüksemburq məğlubiyyətindən sonra baş məşqçi və komanda ilə oturub danışdıq ki, Kiprlə qarşılaşmada mütləq 3 xal qazanmalıyıq.
- Düşünmürsünüz ki, vurduğunuz qolla həm də tənqidlərə cavab verdiniz?
- Qol vurmuşamsa, bu, o demək deyil ki, kiməsə cavab vermiş oluram. Sadəcə, orada bir balaca anlaşılmazlıq baş verdi. Çox adam məni səhv başa düşdü, lakin ətrafımda olanlar reallığın nə olduğunu bilirlər. Müsahibə verməmişdən öncə soruşdum ki, rusca danışa bilərəm? Çünki mənə rusca danışmaq daha rahatdır. Dedilər ki, azərbaycanca necə bacarırsansa, danış. Müsahibənin ardından soruşdum ki, necə alındı? Sonradan mediada bu sözümün şişirdildiyini gördüm. Barəmdə tənqidi fikirlər səsləndirildi. Amma yenə deyirəm ki, mən o cümləni işlətməklə, başqa pis fikir nəzərdə tutmamışdım.(Report)
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər
Haaland Avropa rekordunu yenilədi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Millimizin rəqibləri müəyyənləşdi
Sergen Yalçın əməliyyat olundu
“Araz-Naxçıvan”ın "Benfika" ilə cavab matçının vaxtı bilindi
"Milan" 41 yaşlı müdafiəçini transfer etmək istəyir
"Real"ın futbolçusu Türkiyəyə qarşı oynaya bilməyəcək
Harri Keyndən yeni rekord
DÇ-2026-nın seçmə mərhələsində daha 6 oyun
Azərbaycan idman tarixində ilk
İtaliya Norveçə belə uduzdu - Video
Bu gün QOL.az saytının 17 yaşı tamam olur
“Qarabağ”ın rəqibində Konte böhranı
Daha iki komanda DÇ-2026-ya vəsiqə qazandı
Millimizin Fransa ilə oyunu - Video
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı