"Biz əvvəlki oyunda Lüksemburqa uduzduq. İstəyirik ki, sabah yaxşı çıxış edib vəziyyəti dəyişək. Oyuna ciddi yanaşırıq".
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 2-ci turunda Kiprlə oyunu öncəsi mətbuat konfransında deyib.
O, bildirib ki, sabah havanın isti olması ciddi problem yaratmayacaq: "Düzdür, müəyyən çətinliklər ola bilər. Amma sabah komandamdan yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
64 yaşlı mütəxəssisin sözlərinə görə, komanda vaxt keçdikcə inkişaf edəcək: "Çünki yaxşı oyunçularımız var. Futbolçularıma inanıram. Mənim üçün elə də çətin vəziyyət deyil. Məğlubiyyətdən sonra daha çox qələbə istəyi olur. Futbolçular öz yaxınlarını, azarkeşlərimizi sevindirmək istəyəcəklər. İlk dəqiqədən sonadək inamlı oynayacaqlar".
De Byazi Azərbaycan klublarının avrokuboklarda Kiprdə uğurlu nəticələr qazanmasından məmnun olduğunu deyib: "Amma bunlar keçmişdə qalıb. İndi əsas sabahkı matçdır. İlk oyunumuzun nəticəsi ürəkaçan olmasa da, sabah futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparacaqlar".
Təcrübəli mütəxəssis kapitanlıq sarğısının Maksim Medvedevdən alınıb Qara Qarayevə verilməsi xəbərinə də aydınlıq gətirib: "Hər iki oyunçuya böyük hörmətim var. Qəzet və saytlarda cürbəcür fantaziyalar yazılır. Lüksemburqla oyundan sonra guya kapitanımızın sevindiyi bildirilib. Amma bu belə deyil. Bizə meydana sakit başla çıxmaq və uğurlu nəticə qazanmaq lazımdır".
Baş məşqçi Lüksemburqla matça müdafiə futbolu oynamaq üçün çıxmadıqlarını vurğulayıb: "İlk oyunda azlıqda qaldıqdan sonra taktiki dəyişiklər etməyə məcbur olduq. Açığı, hücum futbolu oynamaq istəyirdik. Oyunumuz rəqibimizin gücündən asılıdır. Qırmızı vərəqə və penalti olmasaydı, hər şey fərqli bitə bilərdi" (Report).
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı
“Mən həmişə bütün oyunlarımı izləyirəm"
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
Advokat vacib oyun ərəfəsində millinin düşərgəsini tərk etdi
Cəbəllütariq - Azərbaycan oyununun hakimləri açıqlandı