"Evdən kənarda oynamağımız "Qarabağ" üçün üstünlükdür"

"Evdən kənarda oynamağımız "Qarabağ" üçün üstünlükdür"
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2020 / 15:48 5305
-  A +

“Ümid edirəm ki, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək. “Onda biz bərabər şərtlərdə olardıq”.

Qol.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Molde”nin (Norveç) baş məşqçisi Erlinq Moe deyib.

O, yerli mətbuata açıqlamasında “Qarabağ”la Bakıda oynamağın rəqib üçün üstünlük olacağını bildirib və görüşün yerinin dəyişdiriləcəyini gözlədiyini vurğulayıb: “Əlbəttə, matçın yerinin dəyişdirilməsi bizim üçün müsbət məqam olar. İstənilən halda, evdən kənarda oynamağımız rəqib üçün üstünlükdür”.

Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Lakin Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət edib.

Son xəbərlər
12.05.25  12:14

Evdə 150-ci qol