AFFA-nın bayrağı altında keçirilən uşaq və yeniyetmə liqalarında yarışların oktyabr ayından etibarən start götürməsi planlaşdırılır.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qərar orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı təkliflər nəzərə alınaraq qəbul olunub.
U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oktyabrın 3-də, U-15, U-16 və U-17 liqalarının isə oktyabrın 17-də başlanması nəzərdə tutulub.
Qeyd edək ki, liqaların startı ilə əlaqədar yekun qərarların qəbul olunması zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın orta məktəblərdə əyani təhsillə bağlı qərarları nəzərə alınacaq. Əvvəlki illərdə qeyd olunan liqalarda çıxış etmiş komandalar qeydiyyata alınmaq üçün sentyabrın 1-dən AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə, liqalara yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə müraciət edə bilər.
"Kəpəz"də ayrılıq
İlin azarkeş rekordu
Amorim: "Bruno komandanın lideridir"
"Aston Villa" onu hədəflədi
"Adi vəziyyətlərdə səhvlər etdik" - Saşa İliç
"İmişli" "Sabah"la qarşılaşdı
Joao Feliks "Əl-Nəsr"lə anlaşdı
"Qəbələ" "Sumqayıt"a qalib gəldi
"Neftçi"nin Yunanıstan klubuna qarşı oyunu ləğv olundu
"Fulhem" Sterlinqi hədəflədi
Müller bu kluba keçməyə yaxındır
"Bavariya" "Liverpul"a 75 milyon ödəyir
Azərbaycan klubundan ayrılıb Tunisə getdi
"Möhtəşəm qələbə ilə başladıq" - "Qarabağ"ın yeni transferi
"Zirə"nin rəqibindən yeni transfer
"Bayer" "Mançester Siti"dən futbolçu aldı - Rəsmi
"İmişli" iki futbolçusu ilə müqaviləni uzatdı
“Milan”dan “Flamenqo”ya
"Karvan" 11-ci transferini açıqladı
Serbiya millisinin üzvü "Napoli"də - Rəsmi