"Artıq iki ildir ki, "Neftçi"dəyəm və liqaya yaxşı bələdəm. Burada özümü daha yaxşı hiss edirəm. Azərbaycanda sanki öz evimdəyəm. Çünki burada xoşbəxtəm. İnsanlar mənə xoş münasibət göstərirlər".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Mamadu Kane klubun rəsmi televiziyasına müsahibəsində deyib.
Afrikalı yarımmüdafiəçi "Neftçi"nin Qəbələdəki toplanışı barədə də danışıb: "Biz Qəbələyə getməzdən əvvəl koronavirusla bağlı test verdik. Orada isə təhlükəsizlik tam yüksək səviyyədə idi. Hazırlığımız yaxşı davam edir. Hər şey məni qane edir və ümumilikdə hər şey xoşuma gəlir. Məşq və bərpa prosesləri yaxşıdır. Qidalanmamız da yüksək səviyyədədir, razıyam. Gərgin məşq edirik, həm çempionat, həm də Avropa Liqasının oyunlarına hazırlaşırıq. Komandada hamı xoşbəxtdir. Canla-başla məşq edirik. Mənə olan dəstək və sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. Buna görə xoşbəxtəm və meydanda can qoymağa hazıram".
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının 1-ci turunda avqustun 21-də evdə "Səbail"lə qarşılaşacaq. Bakı təmsilçisi avqustun 28-də Avropa Liqasının I təsnifat mərhələsində isə "Şkupi"ni (Şimali Makedoniya) qəbul edəcək.
"Zirə" “Qəbələ”ni belə məğlub etdi - Video
Bundesliqa tarixində yeni rekorda imza atdı
Maaşı ödənmədiyi üçün klubla yollarını ayırır
“Barselona”dan doğma meydanda darmadağın
Karyerasında 400-cü qolunu vurdu
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“Şəfa” - “Difai” ilə heç-heçəyə razılaşdı
"Mən zəif çıxış etdiyimizi düşünmürəm" - Elmar Baxşıyev
“Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
“Fənərbaxça”da itkilər var
"Zirə" - "Qəbələ": Heyətlər
Misli Premyer Liqasında azarkeş rekordları
Ölümlə hədələndiyi üçün it aldı
UEFA "Ayntraxt"ı cərimələdi
Ardıcıl 3-cü dəfə Çin çempionu oldular
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
La Liqa prezidenti diskvalifikasiya edilə bilər
"Hesab oyuna görə olmadı” - Rüstəm Əhmədzadə