Quluzadə Moldovada rəmzi 11-liyə düşdü
Moldova çempionatında 3-cü turun rəmzi komandası açıqlanıb.
Qol.az xəbər verir ki, rəmzi 11-likdə "Milsami"nin azərbaycanlı futbolçusu Amit Quluzadə də yer alıb. Turun rəmzi heyətinə Amitin digər 3 komanda yoldaşı da düşüb.
Qeyd edək ki, "Milsami"nin "Speranta"ya 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Quluzadə 90 dəqiqə meydanda olub.