"Barselona" futbolçusunu "Yuventus"a satdı - Rəsmi

"Barselona" futbolçusunu "Yuventus"a satdı - Rəsmi
DÜNYA FUTBOLU 29 İyun 2020 / 19:59 4018
-  A +

"Barselona" futbolçusu Arturu "Yuventus"a satdığını açıqlayıb.

Qol.az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, Turin təmsilçisinin bu transfer üçün 72 milyon avro və əlavə olaraq 10 milyon avro ödəyəcəyi bildirilib. 23 yaşlı yarımmüdafiəçinin bu mövsüm başa çatdıqdan sonra "Yuventus"a qatılacağı vurğulanıb.

Qeyd edək ki, Artur 2018-ci ildə "Qremio"dan 31 milyon avroya "Barselona"ya transfer olunmuşdu. O, Kataloniya klubunda 72 matçda oynamışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki