Superliqada və Çempionlar Liqasında mübarizəni davam etdirən “Qalatasaray” sabiq futbolçusunu heyətinə qatmağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” qəzeti məlumat yayıb. Belə ki, “sarı-qırmızılar” qış transfer pəncərəsində orta xətti gücləndirmək üçün hərəkətə keçib. Bu məqsədlə baş məşqçi Okan Burukun xüsusi istəyi ilə transfer siyahısına komandanın sabiq futbolçusu Jedson Fernandeşin də adı yazılıb.
Klubun mövsümün əvvəlində “Beşiktaş”dan Rusiyanın “Spartak” klubuna transfer olunan 26 yaşlı portuqaliyalı yarımmüdafiəçini heyətə qatmaq üçün bütün şanslarını yoxlayacağı bildirilir.
Məlumata görə, bu transferin reallaşması maliyyə baxımdan çətin görünür. Belə ki, Rusiya təmsilçisinin Jedson üçün bonuslarla birlikdə təxminən 27 milyon avro ödədiyi məlumdur. Eyni zamanda mümkün danışıqlarda “Spartak”ın bu transferin qarşılığında Qabriel Saranı istəyə biləcəyi bildirilir. Ancaq “Qalatasaray” rəhbərliyi Saranın bu sövdələşməyə daxil edilməsinə isti yanaşmır.
Qeyd edək ki, Jedson Fernandeşin Moskva klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər