Futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verildi

Futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verildi
DÜNYA FUTBOLU 11 İyun 2020 / 22:35 1709
-  A +

FİFA futbolçulara bir mövsüm ərzində 3 klubda oynamağa icazə verib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, müvəqqəti icazədir. Koronavrius pandemiyası ilə əlaqədar oyunçuların işsizlik riskini azaltmaq üçün bu qərar verilib. Müvəqqəti dəyişiklik artıq qüvvəyə minib.

Qeyd edək ki, buna qədər FİFA qaydalarına əsasən, futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi oyunlara çıxa bilərdi.


Son xəbərlər