"Zirə"nin daha bir rəqibi müəyyənləşdi

"Zirə"nin daha bir rəqibi müəyyənləşdi
XƏBƏR 11 İyun 2020 / 15:19 1280
-  A +

Premyer Liqa hazırlıqlarını davam etdirən "Zirə" daha bir yoxlama oyunu keçirəcək.

Qol.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi "Sabah"la qarşılaşacaq. Matç iyun 13-ü saat 19:00-da "Əlincə Arena"da start götürəcək.

Qeyd edək ki, "Zirə" bundan əvvəl yoxlama oyununda "Səbail"lə bərabərə qalıb - 2:2.


Son xəbərlər