"Başqa variant da yoxdur" - Zaur Həşimov

"Başqa variant da yoxdur" -  Zaur Həşimov
ÖLKƏ FUTBOLU 11 İyun 2020 / 00:50 3505
-  A +

"Üç aya yaxındır futbol oynamırdıq. Ayın 1-dən müəyyən fasilələrlə məşqə başlamışıq".
 
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov "Səbail"lə keçirilən yoxlama oyunundan (2:2) sonra mətbuat konfransında deyib.

O, komandasının istəkli olduğunu bildirib: "İstədiyimiz o idi ki, futbolçularda istək görək. Fikrimcə, bunu görə bildik. İstədiyimiz oyunu görmək üçün 2 həftə yetərli deyil. Ancaq başqa variant da yoxdur".

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq