"Biz də hamı kimi gözləmə mövqeyini tutmuşuq. Əlimizdən gələn qədər çalışırıq ki, ev şəraitində məşq edək. Aprelib 5-dək bayırda qaça, məşq edə bilirdik. Amma məlum səbəblərdən, yəni, qaçmaq icazəsi olmadığına görə ancaq evdə müəyyən məşqlər keçirik. Həm yerli mütəxəssis, həm də UEFA tərəfindən bizə proqram verilib. Onlara uyğun məşq keçirik ".
Bu sözləri Qol.az-a açıqlamasında FİFA kateqoriyalı hakim Əliyar Ağayev deyib.
Hakimlərin oyunlardan gəlir əldə etdiyini söyləyən referi onlara AFFA tərəfindən maddi köməklik göstəriləcəyini bildirib: "Hakimlərin 95 faizi yalnız qonorar sistemi ilə qazanc əldə edir. Amma deyiblər ki, AFFA tərəfindən də bütün hakimlərə köməklik göstəriləcək".
O, çempionatın bərpa olunacağı halda formaya qayıtmaq üçün müəyyən zamana ehtiyaclarının olduğunu deyib:
"Biz hamımız istəyirik ki, çempionat bərpa olunsun. Amma təbii ki, əsas məsələ sağlamlıqdır. Ölkə rəhbərliyi və AFFA hansı qərarı versə, biz də ona hörmətlə yanaşacağıq. Məcburən bu qərara riayət etməli olacağıq. Amma bərpa olunarsa, bütün komandalar kimi hakimlərə də müəyyən bir müddət lazımdır ki, əvvəlki fiziki durumumuza qayıda bilək. Bir müddət məşq edəndən sonra biz artıq çempionat oyunlarına qayıda bilərik. Düzdür, futbolçularda bu proses daha çətindir və bizimkindən daha çox zaman apara bilər. Amma bizə də ən azından müəyyən vaxt lazımdır ki, hamı ümumi formaya qayıtsın. Çünki yalnız evdə məşq etməklə ümumi formanı saxlamaq çətindir".
"Arsenal" "Tottenhem"ə 4 qolla qalib gəldi
Morqan Rocers dubl etdi, “Aston Villa” qalib gəldi
"İmişli"nin əzmkar qələbəsi - Video
“Beşiktaş” “Samsunspor”a qarşı tilsimi qıra bilmədi
"Qorxduğumuz yerdən qollar buraxdıq" - "Neftçi"nin məşqçisi
“Onların səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək" - "İmişli"nin baş məşqçisi
“Roma” baş məşqçisiz meydana çıxacaq
“İmişli”dən “Neftçi” üzərində inamlı qələbə
2-ci liqa: "Quba" 4 qolluq qələbə qazandı
“Qarabağ” Neapola gedir - Şəkillər
“Mançester Yunayted” onun üçün 44 milyon ödəməyə hazırdır
Vinisiusun “Real”dakı gələcəyi sual altındadır
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
1-ci liqada 9-cu turun hakimləri bəlli oldu
"Sabah" - "Şamaxı": Heyətlər
“Qalatasaray”da ciddi itki – derbini buraxacaq
"Napoli"nin "Qarabağ"la oyunqabağı qələbəsi - Video
"Azərbaycan millisində nəsil dəyişikliyinin vaxtı çatmışdı"
Zamiq oynadı, komandası qalib gəldi
"Qalatasaray"dan çətin qələbə - Video
“Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır” - Konte
Millimizin üzvü "Tvente" ilə oyunda qol ötürməsi etdi
"Qalatasaray" və "Qaziantep"dən qələbə
"Zirə" “Qəbələ”ni belə məğlub etdi - Video
Bundesliqa tarixində yeni rekorda imza atdı
Maaşı ödənmədiyi üçün klubla yollarını ayırır
“Barselona”dan doğma meydanda darmadağın
Karyerasında 400-cü qolunu vurdu
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“Şəfa” - “Difai” ilə heç-heçəyə razılaşdı
"Mən zəif çıxış etdiyimizi düşünmürəm" - Elmar Baxşıyev
“Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
“Fənərbaxça”da itkilər var
"Zirə" - "Qəbələ": Heyətlər