"Barselona" qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə üçün razılaşa bilməyib.
Qol.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı qolkiperə mövsüm üçün`6.5 milyon avro maaş olmaqla 2024-cü ilədək sözləşmə təklif etsə də, o, bununla razılaşmayıb.
Almaniyalı qapıçı komandada qalmaq istəsə də, klubun təklif etdiyi maaşın onu qane etmədiyi bildirilir. Ter Ştegen oyuna ondan az çıxan oyunçulara müqavilənin müddətini uzatmaq üçün daha sərfəli təklif edildiyini düşünür.
İspaniya mətbuatı "Barselona"nın Ter Ştegenə daha yüksək məbləğdə maaş vermək imkanında olmadığını, lakin klub prezidenti Jozef Bartomeunun qapıçı ilə müqaviləni uzatmaqda israrlı oduğunu yazıb.
Qeyd edək ki, 2014-cü ildən "Barselona"da çıxış edən Ter Ştegenin klubla sözləşməsi 2022-ci ilin yayına qədərdir.
İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"
MEDİA müsabiqə elan etdi
"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"
Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi
Əfsanəvi futbolçunun oğlu Azərbaycan millisinə 3 qol vurdu
Emin Mahmudov da millinin oyununu buraxa bilər
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”
Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı
Zirkze “Mançester Yunayted”dən ayrıla bilər
"Qarabağ"ın rəqibinin yarımmüdafiəçisi zədələndi
Yığmamız Bolqarıstana böyük hesabla uduzdu
Tuncay Şanlı "Fənərbaxça"ya qayıtdı
Kenan Yıldız "Yuventus"dan gedə bilər
Voleybol millimiz finala yüksəldi