"Şeydayev komandaya yeni qoşulub. Başa düşməliyik ki, o, bizimlə uzun müddət məşq etməyib".
Qol.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç komandanın yeni transferi Ramil Şeydayev haqqında danışarkən deyib.
Serbiyalı mütəxəssis bildirib ki, indiki məqamda 24 yaşlı hücumçunu oynatmaq böyük risk olar: "Çünki futbolçu uzun müddət komanda və topla məşq etməyəndə zədə ilə bağlı böyük problem olur. O, hər an zədələnə və bərpa prosesi üçün uzun müddət tələb oluna bilər. Ramilə hələlik hər oyunda az-az şans verəcəyik. Tam hazır olduqdan sonra isə start heyətində meydana çıxacaq".
Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışan J.Sopiç moldovalı Yevgeni Koçukun qırmızı vərəqə almasından sonra meydanda vəziyyətin komandasının əleyhinə dəyişdiyini söyləyib: "Son 3 oyunda 7 xal qazanmışıq. Təəssüf ki, "Səbail"lə matçda qələbə qazana bilmədik. Amma buna görə məyus olmaq lazım deyil. Çünki 15-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra haradasa 80 dəqiqə azlıqda oynadıq. Futbolçularımız topsuz qaldılar. Futboldan anlayanlar bilirlər ki, belə matçlarda 1 xal da pis nəticə deyil. Oyunun sonlarına doğru hər iki komandanın qol vurmaq üçün şansları olsa da, hesab dəyişmədi".
45 yaşlı mütəxəssis Premyer Liqanın XIX turunda "Qarabağ"a qarşı oynayacaqları səfər matçına da toxunub: "Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Mən Azərbaycana yeni gələndə onlar "Sevilya" kimi rəqibə qarşı oynayırdılar. Qrupda nəticələri bir qədər yaxşı olmadığı üçün "pley-off"a çıxa bilmədilər. Bununla belə, "Qarabağ"ın necə güclü rəqib olduğunu yaxşı bilirik. Onlara meydanda boş sahə versək, futbolçularımız yalnız özləri üçün oynasalar, problem yaranacaq. "Qarabağ"ın heyətində top-futbolçular var. Kompakt oynayırlar, istənilən rəqibə qol vura bilirlər. Amma bizim də üstünlüklərimiz var. Ehtiyat oyunçular skamyasında Ramil Şeydayev, Marko Deviç kimi hücumçular əyləşir. Deviç zədədən yenicə qayıdıb. Hər ikisi "Qarabağ"a qarşı matçda bizə xeyir verə bilər. Yaxşı nəticəyə ümid edirik. Asan olmayacaq, lakin ən pis halda 1 xal qazana biləcəyimizə inanıram".
Qeyd edək ki, fevralın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" oyunu saat 18:00-da başlayacaq.
Onlar da DÇ-2026-ya vəsiqə qazandılar
Kyeza milliyə dəvəti niyə qəbul etməyib?
PSJ-dən Yamal üçün rekord məbləğdə təklif
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi
“Barselona” “Borussiya”nın hücumçusu üçün hərəkətə keçdi
“Əl-İttihad” yeni baş məşqçisini rəsmən açıqladı
İspaniya millisində zədə səbəbindən dəyişiklik
Azərbaycanın U-17 millisi Fransaya 8 cavabsız qolla uduzdu
Portuqaliya klubu Qonsalveş ilə müqaviləni uzatdı
Ceyms Tarkovski “Everton”da qalacaq
Müqaviləsi yenilənsə, maaşı azalacaq
Ramosdan Albaya vida mesajı
Gimnastlarımızdan 5 medal
Emre Belözoğlu bu komandanı çalışdıracaq
"İnter Mayami" Albanı onunla əvəzləyəcək
"Maksimum xal qazanmaq istəyirik" - Ayxan Abbasov
Milli Fransaya yollandı - Şəkillər
1-ci liqada oyunların saatı açıqlandı
"Araz-Naxçıvan" 1-ci liqanın lideri ilə qarşılaşacaq
Ronaldo tarixin ilk milyardçı futbolçusu oldu
Türkiyə millisində itki
Fransa - Azərbaycan oyununun hakimləri açıqlandı
Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşdi
Bu gün III MDB Oyunlarına yekun vurulacaq
2026/27 mövsümü Çempionlar Liqasına vəsiqəni indidən qazanıblar - Stadionları isə valehedicidir
Millimizin heyətində dəyişiklik
Messidən Albanın qərarına kövrək reaksiya
"Barselona" yenə "Kamp Nou"da oynaya bilməyəcək
Cerrard sabiq klubuna qayıda bilər
"Qarabağ"ın rəqibində yeni müqavilə
Ronaldo mükafatlandırıldı - Şəkil
Konseysaonun yeni klubu müəyyənləşib
Millimiz Fransa ilə oyuna hazırlaşır - Şəkillər
Azərbaycan medal sıralamasında yenidən ikinci pillədə
İspaniya Superkubokunun təqvimi bilindi
Rəqibimizdə daha bir itki
Jordi Alba karyerasını başa vurur
Azərbaycan güləşçilərindən 6 medal - III MDB Oyunları
Emre Belözoğlu istefa verdi
Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi
Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi oldu
Superliqada daha bir istefa
“Barselona” ötən mövsüm üçün gəlirlərini açıqladı
"Atletik"in "Qarabağ"la oyunqabağı problemləri yaranıb