Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu
ÖLKƏ FUTBOLU 28 Yanvar 2020 / 12:43 2781
-  A +

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti seçilib.

Qol.az-ın xəbərinə görə, bu qərar qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə keçirilən ilk iclasında qəbul olunub.

Bundan başqa, vitse-prezidentlərin sayı 2-dən 3-ə artırılıb. Bu vəzifələrə əvvəlki vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirovla, eləcə də AFFA Məşqşilər Komitəsinin sədri Vaqif Sadıqov gətirilib.

Qeyd edək ki, E.Məmmədov 2007-ci ildən AFFA-nın baş katibi vəzifəsində çalışırdı.


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq