“Qalatasaray” rəhbərliyi keçmiş futbolçusu Arda Turanın komandaya qayıtmaqla bağlı təklifi rədd edib.
Qol.az-ın xəbərinə görə, baş məşqçi Fatih Terim keçirdiyi mətbuat konfransında Arda Turanın transferi ilə əlaqədar klubun prezidenti və vitse-prezidenti ilə görüşdüyünü söyləyib.
“Mən klubun öz yetirməsinə, bir dəyərinə sahib çıxması təklifini irəli sürdüm. Amma onlar bu qərarda olmadıqlarını dedilər. Bu, fikir ayrılığıdır” – deyə Terim qeyd edib.
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz də bu gün keçirdiyi mətbuat konfransında bir daha bəyan edib ki, Arda Turan onların tranfer gündəmində yoxdur: "Sevgili camiəmizə ifadə edirəm ki, bu qardaşımız transfer planlarımıza daxil deyil. Bunu söyləməkdən bezmişəm. Bu mövzunun qapanmasını istəyirəm".
Xatırladaq ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan bir müddət əvvəl icarə qaydasında çıxış etdiyi “Başakşehir”i tərk edib.
Arteta, Qvardiola...
Avropa Liqasında 16 oyun
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" dastan yazır! - 2:0
Bernardo Silva transfer xəbərlərinə cavab verdi
Mourinyo Diasın transferini istəyir
Xulian Alvares “Atletiko”da qalacağını açıqladı
İlin ən yaxşı futbolçusu seçildi
“Qarabağ”ın “Kopenhagen”lə oyun üçün - Heyəti
Aqil Nəbiyev: “İnanıram ki, kuboku qazanacağıq”
İsrail təzyiq etdi, tanınmış şirkət geri çəkildi
Azərbaycan millisinin final sevinci - Şəkillər
Baş məşqçiyə 1 oyunluq qadağa
AFFA prezidenti millimizi təbrik etdi