“Qarabağ”ın sabiq futbolçusu rəsmən Yaponiya klubunda

“Qarabağ”ın sabiq futbolçusu rəsmən Yaponiya klubunda
XƏBƏR 13 Yanvar 2020 / 20:09 4960
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussinin Yaponiya “Şonan Bellmar"ina keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elyunussinin son klubu İsveç AİK-i olub. 2019-cu ilin sonunda onun müqaviləsi başa çatıb.

Xatırladaq ki, norveçli oyunçu 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi