Daha bir əfsanənin sonu
İtaliya yığmasının və “Roma”nın sabiq futbolçusu Daniele De Rossi karyerasını başa vurub.
Qol.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu qərarını xüsusi mətbuat konfransında açıqlayıb.
18 il - 2001-2019-cu illərdə “Roma”nın şərəfini qorumuş Daniele 616 oyuna 63 qol vurub. Ötən ilin iyul ayında Argentinanın “Boka Xuniors” klubu ilə müqavilə bağlayan futbolçu, zədə səbəbindən cəmi 6 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, De Rossi “Roma” ilə 2 dəfə İtaliya kubokunun, bir dəfə İtaliya superkubokunun qalibi olub. 2006-cı ildə isə o, İtaliya yığmasının heyətində dünya çempionatının qalibi olub.