Balotelli bayramda içib, qəza törətdi

Balotelli bayramda içib, qəza törətdi
DÜNYA FUTBOLU 2 Yanvar 2020 / 14:08 3518
-  A +

“Breşiya”nın futbolçusu Mario Balotelli yeni ilin ilk saatlarında avtoqəza edib.

Qol.az xəbər verir ki, o, yeni il əyləncəsindən evə gələrkən avtomobili ilə qəza törədib. 29 yaşlı hücumçu maşını öz qarajı əvəzinə qonşusunun qarajına salmaq istəyib. Bu zaman qəza baş verib. O, sərxoş olduğundan maşını qəza yerində qoyaraq evinə gedib.

Qonşuları Balotellinin maşınının şəklini çəkərək sosial şəbəkədə paylaşıblar.

Bizi Feysbukda da izləyin!

Son xəbərlər