"Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Gördüyünüz kimi, matç çətin keçdi. Onlar yaxşı oyun nümayiş etdirdilər. Bəlli bir səbəb var ki, ikinci pillədədirlər. Öz güclərinə görə bu yerə layiqdirlər. Bazar ertəsi də oyunumuz oldu. Onların da 2-3 gün əvvəl qarşılaşması vardı. Amma fərqli heyətlə çıxmışdılar. İstənilən halda bizdə yorğunluq hiss olunurdu. Baxmayaraq ki, xal itirdik, pozitiv düşünüb, irəli baxmaq lazımdır.
- Qarşıda "Keşlə"ilə 2 kubok oyunu da keçirəcəksiniz. Bununla bağlı nə deyə bilərsiniz? Qısa vaxt kəsiyində eyni komanda ilə ardıcıl 3 dəfə qarşılaşmaq problem yarada bilərmi?
- Ardıcıl olaraq qısa vaxt ərzində eyni komanda ilə oynamaq xoşuma gəlmir. Amma bir şey var ki, bir-birimizi daha yaxşı tanıyacağıq.
- Meydanda görünən odur ki, yorğunluqdan əlavə "Qarabağ" həm də psixoloji gərginliyi öz üzərindən ata bilmir...
- Əvvəlcə onu deyim ki, həmişə neqativ suallar verirsiniz. Həddən artıq çox oyun keçirmişik. Yorğun olmağımız normaldır. Fərqli-fərqli yarışlardır. Birindən çıxıb, o birinə köklənmək çətindir. Azərbaycanın yeganə komandasıyıq ki, yarım ildən də az müddət ərzində istənilən komandanın bir mövsümdə keçirdiyi görüşlərdən daha çox oyun keçirmişik. Nəzərə alaq ki, iyul ayının əvvəlindən qarşılaşmalara çıxmışıq. Təxminən 28 matçdır. Ötən ilin bu vaxtı liderdən 3 xal geridə idik. İndi isə 6 xaldan çox fərqlə birinci pillədəyik. Pozitiv məqamları da görmək lazımdır. Amma psixoloji cəhətdən komandada problem görmürəm.
- Necə düşünürsünüz, "Qarabağ" "Düdelanj"ı yenə məğlub edə biləcəkmi?
- Təbii ki, qalib gələ bilərik. Üstəlik evdə oynayacağıq. Azarkeşlər qələbəyə layiqdirlər. Hər oyunda qalib gəlib, dəstəkləyirlər. Ən azından 1 ev oyununda onlara qələbə bəxş etmək istəyirik.
- Ən yaxın izləyiciləriniz "Neftçi" və "Keşlə"dir. "Qarabağ" son 6-7 görüşdə cəmi 1 qələbə qazanıb. Bununla belə rəqiblər "Qarabağ'a yaxınlaşa bilmir. Səmimi cavab verin, həmin komandalar sizinlə çempionluq uğrunda mübarizə aparmaq gücündədirlər?
- Dediyiniz xal fərqi mövsümə çox uğurlu başlamağımız ilə əlaqəlidir. İlk 7 oyunun hamısında qalib gəldik. Yəni, bilirəm ki, "Neftçi" çempionatın sonuna qədər bizimlə mübarizə aparacaq. "Keşlə" də bu gün yaxşı mənada məni çox təəccübləndirdi.
- Birinci hissənin sonlarında bir epizod oldu, hakimdən penalti qərarı gözləyirdiniz...
- Mən epizodun təkrarına baxmamışam. Amma düşünürəm ki, mənə toxundu və penalti verilməli idi.
Nuriyə ZEYNALOVA
"Arsenal" "Tottenhem"ə 4 qolla qalib gəldi
Morqan Rocers dubl etdi, “Aston Villa” qalib gəldi
"İmişli"nin əzmkar qələbəsi - Video
“Beşiktaş” “Samsunspor”a qarşı tilsimi qıra bilmədi
"Qorxduğumuz yerdən qollar buraxdıq" - "Neftçi"nin məşqçisi
“Onların səviyyəsində deyilik ki, bahalı oyunçular ala bilək" - "İmişli"nin baş məşqçisi
“Roma” baş məşqçisiz meydana çıxacaq
“İmişli”dən “Neftçi” üzərində inamlı qələbə
2-ci liqa: "Quba" 4 qolluq qələbə qazandı
“Qarabağ” Neapola gedir - Şəkillər
“Mançester Yunayted” onun üçün 44 milyon ödəməyə hazırdır
Vinisiusun “Real”dakı gələcəyi sual altındadır
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
1-ci liqada 9-cu turun hakimləri bəlli oldu
"Sabah" - "Şamaxı": Heyətlər
“Qalatasaray”da ciddi itki – derbini buraxacaq
"Napoli"nin "Qarabağ"la oyunqabağı qələbəsi - Video
"Azərbaycan millisində nəsil dəyişikliyinin vaxtı çatmışdı"
Zamiq oynadı, komandası qalib gəldi
"Qalatasaray"dan çətin qələbə - Video
“Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır” - Konte
Millimizin üzvü "Tvente" ilə oyunda qol ötürməsi etdi
"Qalatasaray" və "Qaziantep"dən qələbə
"Zirə" “Qəbələ”ni belə məğlub etdi - Video
Bundesliqa tarixində yeni rekorda imza atdı
Maaşı ödənmədiyi üçün klubla yollarını ayırır
“Barselona”dan doğma meydanda darmadağın
Karyerasında 400-cü qolunu vurdu
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“Şəfa” - “Difai” ilə heç-heçəyə razılaşdı
"Mən zəif çıxış etdiyimizi düşünmürəm" - Elmar Baxşıyev
“Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?”
“Fənərbaxça”da itkilər var
"Zirə" - "Qəbələ": Heyətlər