"Sabah”ın yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanı bundan sonra Jelko Sopiç çalışdıracaq. 45 yaşlı məşqçi ilə 1.5 illik müqavilə bağlanıb.
Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.
Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və “Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb. 2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib.
“Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).
31 yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo Sopiçin köməkçisi təyin olunub.
Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
"Arsenal"da şok itki
"Qəbələ" "Zirə"yə qarşı
"Araz-Naxçıvan" "Turan Tovuz"a belə qalib gəldi - Video
"Biz bu yarışda yeniyik" - Elmar Baxşıyev
"Araz-Naxçıvan" və "Sabah"dan qələbə
"Hakimlərə heç nəyi sübut etmək olmur" - Ayxan Abbasov
“Sualınız mənə təəccüblü gəldi” - Dambrauskas
"Sabah"ın Şamaxıdakı qələbəsindən - Video
"Mançester Yunayted"ə öz razılığını verdi
"Turan Tovuz" - "Araz-Naxçıvan": Heyətlər
“Sabah”ın futbolçuları arasında gərginlik - Şəkil
"İnter" onu geri qaytarmağa düşünür
"Mançester Siti" Donnarumma ilə razılaşdı
Şamaxıda heyətlər açıqlandı
"Borussiya"nın birindən digərinə keçdi
Bu rekorda da birinci Ronaldo çatdı
"Çelsi"nin iki futbolçusu "Borussiya"da
Donnarumma PSJ azarkeşləri ilə vidalaşdı
Azərbaycan millisinin kapitanı Türkiyə klubuna keçdi
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
A seriyasında debüt edən ən yaşlı futbolçu oldu
"Barselona"dan möhtəşəm geridönüş - Video
Ronaldo yenə titulsuz qaldı
"Milan" məğlubiyyətlə başladı - Video
"Napoli" mövsümə qələbə ilə start verdi - Video
“Fənərbaxça” ilk qələbəsini qazandı
Sərtan oynadı, komandası darmadağın oldu
"Mançester Siti" öz meydanında "Tottenhem"ə uduzdu - Video
Renatın komandası səfərdə xalsız qaldı