"Qvardiola və ya Klopp olmayın"

"Qvardiola və ya Klopp olmayın"
XƏBƏR 24 Oktyabr 2019 / 13:59 3159
-  A +

"Bayer"in baş məşqçisi Peter Bos gənc məşqçilərə özlərini Pep Qvardiola və Yürgen Kloppa oxşatmamalırını tövsiyə edib.

Qol.az-ın məlumatına görə, o, DAZN-a açıqlamasında deyib ki, yeni məşqçilər öz futbol üslublarını yaratmalıdırlar:

"Özünüz olun! Öz üslubunuzu inkişaf etdirin və başqalarını yamsılamayın. Qvardiola və ya Kloppu təqlid etməyin. Əgər onlardan birinə bənzəmək istəsəniz, oyunçular bunu o dəqiqə hiss edəcəklər. Öz fəlsəfənizi inkişaf etdirin və buna bağlı qalın. Öyrənən zaman öz tərzinizi saxlamalısınız və eyni zamanda əylənməlisiniz də. Əgər əyləncə yoxdursa, hər şeyi unudun".


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda