“Sabah”ın kapitanı Ruslan Abışov Premyer Liqanın 6-cı turunda “Səbail”i məğlub etdikləri (3:0) oyundan sonra brifinq keçirib.
Qol.az xəbər verir ki, təcrübəli müdafiəçi öncə oyun haqqında danışıb.
- Bu qələbəni çoxdan gözləyirdik. Düzünü desəm, keyfiyyətli oyunumuz da olmurdu ki, yaxşı oynayıb, amma uduzduğumuzu deyə bilək. Fikrimcə, hər şey keçmişdə qaldı. Hər gün yeni nəsə başlayır. Keçmiş turları unudub hər şeyi yenidən başlamaq fikri ilə meydana çıxmışdıq. Düzdür, ötən turlarda da belə düşünürdük. Bu gün “Səbail”ə qarşı yaxşı oynadıq, qollar vurduq. Qol epizodları yarada bildik. Qələbəyə layiq idik. Lazım olan vacib qələbə əldə etdik.
- Komandada motivasiya hiss edilirdi. Qısa müddətdə nəyi dəyişə bildiniz?
- Qeyri-adi bir şey eləmədik. Hər qarşılaşmadan öncə paltardəyişmə otağında danışırdıq ki, bu oyun vacibdir, udmalıyıq, amma nədənsə alınmırdı. Bu gün oyunumuz hərtərəfli yaxşı alındı. Bu matça “Keşlə” və “Qəbələ” ilə oyunlardakı kimi hazırlaşmışdıq. Partlayış bu görüşə təsadüf etdi. Ümid edək ki, bunun ardı da gələcək.
- Qarşıda “Qarabağ”la oyun var. Həmin görüş barədə nə düşünürsünüz?
- Əslində, hər zaman istəyirəm ki, çempionatda “Qarabağ” kimi komandalar olsun. Futbolçu üçün güclü rəqibə qarşı oynamaq daha yaxşıdır. Pis çıxmasın, bizim itirəcəyimiz bir şey yoxdur. “Qarabağ” 6 turdan sonra maksimum nəticə göstərib. Liderdir və həqiqətən də buna layiqdirlər. Ancaq biz də oyunumuzu oynayacağıq və çalışacağıq ki, çempionatda hansısa sürprizə imza ata bilək. Rəqibin adı var, amma biz də özümüzə güvənirik. Sona qədər mübarizə aparacağıq.
- İqor Ponomaryovun kollektivə təsiri oldumu?
- İqor Ponomaryov Azərbaycan futbolunu yaxşı tanıyır, ölkəmizdə işləyib. Həftə ərzində bizə bildirdi ki çıxın futbolunuzu oynayın, özünüzə güvənin və rəqibdən üstün olduğunuzu göstərin. Bu gün hər kəs az da olsa, potensialını aça bildi.
- Oyunun son dəqiqələrində məğlub komanda kimi hücumlara atılırdınız. Kənarda qolun sizə daha çox lazım olduğu görünürdü.
- Qol vurmaq üçün darıxmışdıq. (gülür). “Neftçi”ni çıxmaq şərti ilə heç bir komandaya qol vurmamışdıq. “Zirə” ilə görüşdə qolumuzda bəxt amili rol oynadı və oyunçularına dəyən top qapıya daxil oldu. Belə qələbələrin və qolların ardı gələr, buna inanırıq. Qarşıda vacib oyunlar var.
- Bu qələbə ilə psixoloji gərginlik aradan qalxdı?
- Psixoloji amil çox önəmlidir. Oynayırdıq, amma qol buraxan kimi ümidverici nəsə göstərmirdik. O cəhətdən problem var idi. Bu gün tilsimi qırdıq. Qarşıdakı oyunlarda lap qol buraxsaq da, “Səbail”lə matçı yada salıb, vəziyyətdən çıxa biləcəyik (Report).
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər
Haaland Avropa rekordunu yenilədi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Millimizin rəqibləri müəyyənləşdi
Sergen Yalçın əməliyyat olundu
“Araz-Naxçıvan”ın "Benfika" ilə cavab matçının vaxtı bilindi
"Milan" 41 yaşlı müdafiəçini transfer etmək istəyir
"Real"ın futbolçusu Türkiyəyə qarşı oynaya bilməyəcək
Harri Keyndən yeni rekord
DÇ-2026-nın seçmə mərhələsində daha 6 oyun
Azərbaycan idman tarixində ilk
İtaliya Norveçə belə uduzdu - Video
Bu gün QOL.az saytının 17 yaşı tamam olur
“Qarabağ”ın rəqibində Konte böhranı
Daha iki komanda DÇ-2026-ya vəsiqə qazandı
Millimizin Fransa ilə oyunu - Video
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı