"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb
- “Sabah” bu mövsüm hələ qalib gəlməyib. Probleminiz nədir?
- İstəmədiyimiz nəticə oldu. Çalışırdıq ki, qalib gələk. Üç xal istəyirdik, çünki qələbəmiz yox idi. Amma belə alındı. Nə deyəcəyimi bilmirəm. Çalışacağıq ki, uğursuz seriyaya son qoyaq və gələn oyunda mütləq qalib gələk. Futboldur, belə alındı. Qısa müddətdə toparlanıb, qələbə qazanmalıyıq.
- “Qəbələ”yə məğlubiyyətinizin əsas səbəbi nə oldu?
- Fikrimcə, ilk hissədəki epizodlarımızdan yararlansaydıq, rahatlaşardıq. Qol vurmadıqca özümüzü stresə saldıq. Mütləq qələbə qazanmaq istəyirdik. Qol vura bilmirdik, vaxt keçirdi və üzərimizdə təzyiq yaranırdı.
- Yetirməsi olduğunuz kluba qarşı oynamaq sizin üçün xüsusi önəm daşıyırdı?
- Xüsusi bir şey yox idi, adi çempionat oyunu oldu. Əlimdən gələni etdim ki, komandama köməyim dəysin.
- Oyundan sonra baş məşqçi futbolçularla söhbət etdi. Sizə irad bildirdi?
- Əlbəttə. Bu vəziyyətə özümüz düşmüşük və bunu düzəltməliyik. Ümid edirəm ki, qısa zamanda düzəldə biləcəyik.
- Məşhur türkiyəli agent Muzzi Özcan sizinlə İngiltərə klublarının maraqlandığını bildirib. Belə bir məlumatınız var?
- Mənim xəbərim yoxdur və kimsə nəsə deməyib.
Türkiyə millisində itki
2026/27 mövsümü Çempionlar Liqasına vəsiqəni indidən qazanıblar - Stadionları isə valehedicidir
İspaniya Superkubokunun təqvimi bilindi
Rəqibimizdə daha bir itki
Jordi Alba karyerasını başa vurur
Azərbaycan güləşçilərindən 6 medal - III MDB Oyunları
Emre Belözoğlu istefa verdi
Hakimlər Komitəsinin sədri mübahisəli epizodları şərh etdi
Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi oldu
Superliqada daha bir istefa
“Barselona” ötən mövsüm üçün gəlirlərini açıqladı
"Atletik"in "Qarabağ"la oyunqabağı problemləri yaranıb