Donald Gerye rəsmən "Neftçi"də

Donald Gerye rəsmən "Neftçi"də
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2019 / 19:20 6992
-  A +

Donald Geryenin “Neftçi”yə keçidi rəsmiləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi  ilə 1+1 il müddətinə müqavilə bağlanılıb.  30 yaşlı futbolçu “Neftçi”də 77 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

Daha çox


Son xəbərlər
27.04.25  17:59

Rüdiger üzr istədi

27.04.25  17:06

"Real"da üç itki