“APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də bizi möhtəşəm dəstəklədilər. Onları təbrik edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə Bakıdakı cavab matçından (2:1) sonra mətbuat konfransında deyib.
Qurbanovun qələbəni belə şərh edib: “Futbolçularımı təbrik edirəm. Bizim üçün asan olmadı. Bəlkə də, avrokuboklarda ən çox qol epizodu yaratdığımız ildir. Bu özü böyük uğurdur. Deməli, futbolçularımızın ustalığını tez zamanda daha da yaxşılaşdırmalıyıq. Yenə qrupa düşdük. Sabahı gözləyək, görək hansı komandalar düşəcək. Şimali İrlandiya komandası göstərdi ki, futbolda zəif rəqib yoxdur. Futbolçularımız çox intizamlı oynadılar. Son dəqiqədə buraxılan qol planda yox idi. Üzərimizdə böyük təzyiq var idi. Çünki avrokuboklarda Azərbaycan komandaları arasında tək qalmışıq. Belədə oyunçuları hazırlamaq da asan olmur. “Linfild” də çox istəkli idi, müdafiə olunmaqdan həzz alırdılar. Onlar bura elə-belə gəlib çıxmayıblar”.
- Bu oyunun sizin üçün əhəmiyyəti nə dərəcədədir?
- Hər bir oyunun baş məşqçi üçün əhəmiyyəti böyükdür. Bilmirəm, 100-cü oyun olduğu üçünmü bu sualı verirsiniz. Mənim üçün “Səbail”lə qarşıdakı oyun da vacibdir. Daim futbolçuları qələbəyə kökləməliyik.
- Romero orta sahədə ümidləri doğrultdumu?
- Xaymenin mövqeyini dəyişmişdik. Çünki hücumda daha sürətli oynamaq istəyirdik. Sona qədər yaxşı oynadı.
- 6-cı dəfə qrupa düşdünüz. İlk uğur yadınızdadırmı?
- Çox yaxşı xatırlayıram. “Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi. Turnirə yaxşı hazırlaşanda və qalib olmaq istəyəndə əziyyət çəkirsən. Bunun bəhrəsini görəndə sevincli, görməyəndə kədərli olursan.
- Artıq qrupa düşmüsünüz. Transferlər gözlənilirmi?
- Bütün dünya klubları indi transferlərdən şikayət edirlər. Çünki hətta “Real”, “Barselona” da istədiyi oyunçuları ala bilmir. Xüsusən də, bizim oyun üslubuna malik oyunçu tapmaq çətindir. Bütün keyfiyyətlərin hamısının bir futbolçuda olması çətindir. Birində hansısa keyfiyyət çatmırsa, digəri onu sığortalamalı olur. Bəzən 3-4 transfer istədiyin kimi alınmır. Bu günə kimi bir neçə futbolçularla danışığımız olub. Son günə qədər bunu davam etdirəcəyik.
- Son iki ildə qrup oyunlarınızı BOS-da keçirmisiniz və azarkeşlər buna narazılıq bildirmişdilər. Budəfəki seçiminiz necə olacaq?
- Bəzi məqamlar var ki, bununla razılaşmalıyıq. Bu arena azarkeşlər üçün daha rahatdır. Hamısı Bakının stadionudur. Amma BOS-la "Tofiq Bəhramov"u futbolçular üçün eyni edə bilmərik. Mərkəzi arenanın oyunçular üçün daha rahat olduğunu deyə bilərik. Mövsümün əvvəlində “Dalğa Arena”da da oynamışıq. Bütün qərarlara normal yanaşmalıyıq. Qrup üçün mərkəzi arenanı sifariş etmişik. Düşünürəm ki, qrup oyunlarını burda oynayacağıq.
- Rəqibin baş məşqçisi dünən dedi ki, 1 milyon pulum olsa, Riçard, Zubir və Rahili alardım. Düşünmürsünüz ki, bu məbləğ azdı? Siz onlardan kimisə alardınızmı?
- Belə fikirlər eşitmək xoşdur. Aranızda normal diskussiya olub. Onlardan hansı futbolçuları istərdim? Belə fikirlər səsləndirməyi xoşlamıram. Çünki futbolçuları dərindən, gizlindən araşdırırıq. Futbolçularımız üçün təklif gəlsə, ondan sonra nəsə demək olar.
- Qrupda minimum hədəf nə olacaq?
- Püşkatmadan sonra deyə bilərik.
- Elə bir potensialınız var ki, indiyə qədər nümayiş etdirə bilməmisiniz və qrupda bunu görə bilərik?
- Futbolçu üzərində çox çalışmalıdır. “Qarabağ”ın futbolçularının oyununu yaxşılaşdırmağa, daha keyfiyyətli oyun göstərməyə potensialı var. Onlarla fərdi şəkildə də hazırlaşırıq. Qrup tam fərqlidir, ordakı rəqiblər də futbolçunu daha yaxşı, sürətli oynamağa məcbur edirlər. Çünki daha yuxarı səviyyə olacaq. İnşallah, qrupda daha sürətli və baxımlı oyun göstərə bilərik.
- Belə bir fikir formalaşıb ki, digər klubların uğursuzluğu Premyer Liqadakı rəqabətsizlikdən qaynaqlanır və “Qarabağ” topladığı təcrübə hesabına qrupa düşür...
- Təcrübə bu turnirdə oynamağa yetərlidir. Fikir bildirsəm, neqativ fikirlər səsləndirməliyəm. Bunu hər dəfə demək istəmirəm. İstərdim ki, daha imkanlı klublarımız, güclü çempionatlardan gələn futbolçular olsun. İlboyu belə tempdə oynamaq hamı üçün daha yaxşı olardı. İstəmərəm ki, çempionatı Avroliqadakı çıxışla əlaqələndirsinlər (matc.az).
Mbappe hələ də PSJ-dən borcunu tələb edir
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçından - Video
Ronaldodan yeni müqavilə
1-ci Liqa matçında 7 qol və 1 "qırmızı" - Video
İtaliya klublarının hədəfindədir
MOİK-dən baxımlı qol və qələbə - Video
"Raysın cərimə zərbələrinin təsirli olduğunu düşünmürəm"
MOİK və "Zaqatala"dan qələbə, Lökbatanda qol vurulmadı
"Mançester Siti"dən Uolker qərarı
AFFA-nın sabahkı konfransının gündəliyində nələr var?
Millimizin qapıçısı: "Komandamız buna layiqdir"
Poqba: "Küçədə öz-özümə futbol oynayırdım"
Ayın qolunun müəllifi mükafatlandırıldı
Rafinya Messinin 13 il əvvəlki uğurunu təkrarladı
21 yaşlı futbolçu qapıçı ilə toqquşdu, vəfat etdi
AFFA Elvin Camalova görə araşdırmaya başladı - Rəsmi
Misli Premyer Liqasında 30-cu turun hakimləri açıqlandı
"İndi Klozenin Emreliyə ehtiyacı var"
Levandovskidən ÇL-də unikal nailiyyət
AFFA rəhbərliyi Yaşar Vahabzadəni təbrik etdi
Yamal Çempionlar Liqasının tarixinə düşdü
Bugünkü oyunları hansı kanallar yayımlayacaq?
Messi dubl etdi, komandası yarımfinala yüksəldi
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Bu fürsəti dəyərləndirin!
“Barselona”ya qarşı oyunumuz biabırçılıq idi”
Avropa çempionatı: İki güləşçimiz mübarizəyə başlayır
Azərbaycan millisinin üzvü 90 dəqiqə oynadı
"Barselona"dan darmadağın, PSJ-dən qələbə
Güləşçimiz son saniyə xalları ilə Avropa çempionu oldu
Van Deyk və Salahın qərarı bilindi
"Şimal"dan darmadağın - Video
“Karvan” – “Qəbələ” oyununun vaxtı açıqlandı
Ramos: "Dünya kubokunu qazanmaq inanılmaz yuxu olardı"
"Şimal", "Kür-Araz", "Ağdaş" və "Şəmkir"dən qələbə
"Milan" itki ilə üzləşdi
AFFA-nın baş katibi Parisdə Elxan Məmmədovla görüşdü
"Dinamo" Kannavaronu istefaya göndərdi
Kurtua: "Real" futbol oynamağı unutdu"
Misli Premyer Liqasında ayın ən yaxşı qolu açıqlandı - Video