"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasında ilk iki turun ardından komandanın mövcud vəziyyəti ilə bağlı Qol.az-ın suallarını cavablandırıb.
- Mövsümün ilk matçında səfərdə qalib gəldiniz (2:0), evdə keçirilən ikinci görüşdə isə böyük hesabla (0:3) uduzdunuz. Fərqli nəticələrin səbəbi nədədir?
- Əlbəttə, ilk turu yaxşı başladıq. Qələbə qazanmaq vacib idi. İkinci turda da istədik ki, doğma meydanda, azarkeşlərimizin qarşısında qələbə qazanaq. Amma fərdi səhvlərimiz oldu. Böyük ölçüdə zəif oynamasaq da, rəqib səhvlərimizi bağışlamadı. Buna görə də məğlub olduq.
- Komandanın etdiyi səhvlər hazırlığın yüksək səviyyədə olmamasına görədir, yoxsa heyətdə gənc futbolçuların çox olması ilə bağlıdır?
- Futbolda bu cür diqqətsizlik və tələskinliklər hər an ola bilər. 10-cu dəqiqədə buraxdığımız qoldan sonra rəqib tamamilə müdafiəyə qapandı. Bizim üçün müdafiəni yarmaq çətin oldu. “Səbail” bizi əks hücumlarda yaxalaya bilirdi.
- Artıq iki turdan sonra hakimliklə bağlı etirazlar başlayıb. "Səbail"lə oyundan sonra "Sumqayıt"ın prezidenti Riyad Rəfiyev müsahibəsində məğlubiyyətin səbəbini hakimlərdə axtarmaq lazım olduğunu dedi...
- Biz hakimlərdən qeyri-adi nəsə istəmirik. Meydanda iki komanda əziyyət çəkir, mübarizə aparır. Onların haqqına girmək olmaz. Bizim hakimlərdən əsas istəyimiz oyunu düzgün idarə etmələridir. Hakimin 1-2 səhvi komandanın məğlubiyyətinə səbəb olur. Bu oyunda da belə səhvlər özünü göstərdi. Hakimin ilk dəqiqədə etdiyi səhvi olmasaydı, oyun başqa cür ola bilərdi. Bu epizodda hakim rəqibin oyunçusuna qırmızı vərəqə göstərməli idi, lakin bizim əleyhimizə qərar oldu, qapımıza penalti təyin edildi. Çempionatda qələbə qazanmaq, xallar əldə etmək üçün aylarla təlim-məşq toplantısında iştirak edirik. Bilirik ki, hakim də insandır, səhv edə bilər. Ancaq elə səhvlər var ki, mütləq deyilməlidir. Epizodların birində rəqibin müdafiəçisi oyunçumuzu güləş fəndi ilə yıxdı. Maraqlısı isə odur ki, bunu stadionda olan hər kəs görsə də, hakim görmədi. Diqqətli olsunlar. Biz elə komanda deyilik ki, hakimin rəqibə simpatiyası olsun. Bu xallar bizim üçün çox vacibdir. Yekunda itirdiyimiz xallar çempionatla vidalaşmağımıza səbəb ola bilər.
- Sizcə, hakim epizodu gördü və qərəzli qərar qəbul etdi?
- Dəqiq bilmirəm. Onu gördüm ki, bu oyunda bizim əleyhimizə bəzi səhv qərarlar oldu. Kobud səhvlər oldu.
- “Sumqayıt”da iki turdan sonra hansı çatışmazlıqlar hiss edilir?
- Biz çempionata hazırıq. Burdakı çətinlikləri bilirik. Komandamızda çox gənc, həm də təcrübəli futbolçular var. Bilirik ki, çempionatda bizə çətin olacaq. Buna rəğmən vuruşacağıq. Əsas odur ki, digər haqsızlıqlar olmasın. Bu cür çətinliklərə qalib gəlmək üçün çox çalışmaq lazımdır.
- Gənc futbolçularla çempionat sizə nə dərəcədə asan olacaq?
- Təbii ki, çempionat asan olmayacaq. Amma bundan çəkinmirik. Əgər bu yükün altına girmişiksə, deməli, nəyəsə ümid edirik. Gənc futbolçuların əzmkarlığı, xarakteri, komandadakı təcrübəli oyunçuların onlara verdiyi məsləhətlər, onlara dəstək olmaları mühüm amildir. Əsas isə azarkeşlərin bizə olan inamıdır. Azarkeşlərimiz bizə inanır. Qələbə qazananda da, məğlub olanda da. Daim bizimlədirlər. Bu il olmasa da gələn il klub olaraq daha iddialı ola bilərik. Çəkinmədən işimizə davam edirik.
- “Sumqayıt” adətən hər mövsüm Premyer Liqada qalmaq üçün oynayır. Bu mövsüm klub rəhbərliyinin sizdən istəyi nədir?
- Büdcəmizə görə yaxşı heyət formalaşdırmışıq. Əgər qarşımıza böyük vəzifələr qoyuruqsa, gərək büdcə də artırılsın. Bu gün rəhbərliklə gənc oyunçuların inkişafı və onlara şərait yaradılması üçün söhbətimiz olub. Bunun üçün klubda hər cəhətdən şərait var. Çalışırıq ki, gənclərlə çempionatda mübarizəni davam etdirək. Əsas məqsədimiz Azərbaycan futboluna nəsə qazandırmaqdır.
- Əvvəlki illərdən fərqli olaraq, bu mövsüm "Sumqayıt"da legionerlər də var. Klubun əcnəbi futbolçular gətirməsi daha da iddialı olmasından xəbər verir?
- Büdcəmizə uyğun yaxşı yerli oyunçuları da cəlb edirik. Bununla yanaşı xarici klublarda çıxış edən və gələcəkdə Azərbaycan millisi üçün potensial vəd edəcək futbolçuları da transfer etməyə çalışırıq.
- İlk turda dubl edən yeni transfer Mehdi Şərifidən gözləntiniz nədir?
-Əlbəttə, Mehdi Şərifi hər oyun qol vursa, yaxşı olar. Amma oyunçu hələ tam formalaşmayıb. Keçən mövsüm keçmiş komandasında çox az meydana çıxıb. Çalışqan futbolçudur. Vaxt keçdikcə bizim çempionata adaptasiya olacaq.
- Növbəti turda “Neftçi”ilə qarşılaşacaqsız. Rəqibi oyunun aşkar favoriti hesab etmək olar?
- Əlbəttə, çempionluğa oynayan “Neftçi” aşkar favoritdir. Bununla belə, rəqibi təhlil edəcək və oyuna tam ciddi şəkildə hazırlaşacağıq. Hələ ki, çempionatın əvvəlidir. Qazanacağımız xallar bizim üçün əhəmiyyətlidir.
-Bundan əvvəlki oyunlarda “Sumqayıt”ın “Neftçi”ni büdrətdiyinin şahidi olmuşuq.
- Keçən mövsümlə müqayisədə “Neftçi” daha güclüdür. Hücum xəttini daha rəngarəngdir. Fikrimcə, bu il də onlar “Qarabağ”la birlikdə çempionluğa oynayacaq.
Ramiq AĞAMƏMMƏDOV
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər
Haaland Avropa rekordunu yenilədi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Millimizin rəqibləri müəyyənləşdi
Sergen Yalçın əməliyyat olundu
“Araz-Naxçıvan”ın "Benfika" ilə cavab matçının vaxtı bilindi
"Milan" 41 yaşlı müdafiəçini transfer etmək istəyir
"Real"ın futbolçusu Türkiyəyə qarşı oynaya bilməyəcək
Harri Keyndən yeni rekord
DÇ-2026-nın seçmə mərhələsində daha 6 oyun
Azərbaycan idman tarixində ilk
İtaliya Norveçə belə uduzdu - Video
Bu gün QOL.az saytının 17 yaşı tamam olur
“Qarabağ”ın rəqibində Konte böhranı
Daha iki komanda DÇ-2026-ya vəsiqə qazandı
Millimizin Fransa ilə oyunu - Video
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı