Adebayor yenidən Türkiyə klubunda

Adebayor yenidən Türkiyə klubunda
DÜNYA FUTBOLU 26 Avqust 2019 / 14:25 5394
-  A +

"Başakşəhər"dən ayrılan Emmanuel Adebayor karyerasını Türkiyədə davam etdirəcək.

Qol.az xəbər verir ki, 35 yaşlı hücumçu "Kayserispor"da çıxış edəcək. Türkiyə mətbuatı onun müqavilə bağlamaq üçün Kayseriyə getdiyini yazıb. Təcrübəli forvardla bu gün rəsmi müqavilə bağlanacağı bildirilir.

Qeyd edək ki, 2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Superliqasında 60 oyuna 24 qol vurub.  Toqo millisinin üzvü "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.

Son xəbərlər