Quarejma "Beşiktaş"dan ayrılır? - son qərarını açıqladı

Quarejma "Beşiktaş"dan ayrılır? - son qərarını açıqladı
DÜNYA FUTBOLU 23 Avqust 2019 / 10:14 3970
-  A +

Rikardo Quarejma "Beşiktaş"da qalıb-qalmayacağı ilə bağlı son qərarını açıqlayıb.

Qol.az-ın məlumatına görə, o, özünün "İnstaqram" hesabında İstanbul klubundan ayrılmayacağını yazıb: "Müqaviləmin son ilindəyəm və burada qalıb klubuma, azarkeşlərə çempionluq yaşatmaq üçün kömək edəcəm. Hamınızı qucaqlayıram. Sonsuza qədər "Beşiktaş".

Qeyd edək ki, R.Quarejma 2015-ci ildən "qara qartallar"da oynayır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord