Ramil qol vurmalıdır - məşqçisi danışdı

Ramil qol vurmalıdır - <b style="color:red">məşqçisi danışdı</b>
ÖLKƏ FUTBOLU 19 Avqust 2019 / 10:40 5473
-  A +

Rusiyanın "Dinamo" (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin "Lokomotiv"lə oyundakı çıxışını dəyərləndirib.

Qol.az xəbər verir ki, o ötən gün Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin qənaətbəxş oynadığını bildirməklə yanaşı ondan qol gözlədiyini də deyib: 

"Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdır. Ancaq düşünürəm ki, bu da keçəcək".

Xatırladaq ki, görüş "Lokomotiv"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev bu matçda fərqlənə bilməyib. Ümumimlikdə isə 23 yaşlı forvard bu mövsüm Rusiya Premyer Liqasında 5 oyun keçirib və bir qol ötürməsi ilə yadda qalıb.
 

Daha çox


Son xəbərlər
17.09.19  12:50

AFFA-dan A cəriməsi

16.09.19  19:40

Zlatandan yeni rekord