"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə 2:2 hesablı heç-heçə etdikləri ilk oyundan sonra mətbuatı konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- İlk dəqiqələrdən rəqibin 8-9 oyunçu ilə müdafiə olunacağını gözləyirdik. Hətta bəzən 2 hücumçu da onlara qoşulurdu. Rəqib bütün komanda ilə müdafiə olunurdu. İlk hissədə geridən hücum qurmaqda çətinlik çəkdik. Bu baxımdan rəqibə əks-hücumlar təşkil etməyə şərait yaratdıq. Hətta hesab 0:2 olmamışdan əvvəl də rəqib qapısında təhlükəli vəziyyətlərimiz var idi. Hesabda geri düşməyimizə baxmayaraq, komanda toparlandı və sona qədər vuruşdu. Müdafiədə bəzi boşluqlarımız var. Bunu həftəboyu düzəltməyə çalışacağıq. Oyunçularımız xarakter göstərdilər. Cavab oyununda da bunu təkrarlamağa çalışacağıq.
- Sizi 2 qol buraxdığınız üçün tənqid edək, yoxsa 11 nəfərlə müdafiə olunan komandaya 2 qol vurduğunuz üçün tərifləyək?
- Sizdən asılıdır. İstəyirsiniz tənqid edin, istəyirsiniz tərifləyin. İlk hissədə arxadan oyun qurmağa çalışdıq. Ötürmələrdə səhv etdik, rəqib də bundan yararlandı. Ancaq komanda toparlandı və xarakter göstərərək, 2 qol vurdu.
- Bu gün Kanenin əvəzinə Platellas çıxış edirdi. Düşünmürsünüz ki, orta sahədə yaranan problem məhz bundan qaynaqlandı?
- Gəlin, oyunu düzgün qiymətləndirək. Həm "Arsenal"a, həm də bugünkü komandaya qarşı oyun tam fərqli oldu. "Arsenal" futbol oynayırdı, bugünkü rəqib isə fərqli idi. "Bney Yehuda"nın bütünlüklə müdafiəyə çəkiləcəyini bilirdik. Belədə Platellasa ehtiyac duydum. Çünki onun topla oynamağı üstündü, fantaziyası var. Hətta sonradan Dabonu da meydana buraxdım. Düşünmürəm ki, qollar buraxmağımıza səbəb bu dəyişiklik oldu.
- "Bney Yehuda"nın müdafiə futbolu oynayacağını dünən mətbuat konfransında da demişdiniz. Bəlkə bu amilin futbolçulara psixoloji təsiri oldu və nəticədə 2 qol buraxdınız?
- Rəqibə qarşı hazırlıq 1 gün çəkməyib. Həftəboyu komandanı buna uyğun hazırlamışıq. Bizə kənardan deyilənlər maraqlı deyil, öz işimizlə məşğul oluruq. Bütün oyunçuların diqqəti bu görüşə idi, yaxşı da hazırlaşmışdılar. Sadəcə, müdafiədən hücum qurarkən səhv etdik və rəqib də bundan yararlandı.
- Bu səhvləri cavab görüşündə aradan qaldırmaq mümkün olacaqmı?
- Komanda qol vurursa, burda tək hücumçunun payı olmur. Eləcə də müdafiə olunanda qol buraxırıqsa, bu, hamının səhvidir. Bunun üzərində işləyəcəyik. Rəqib bütünlüklə müdafiəyə çəkilmişdi. Səhvimiz oyunu ortadan qurmaq idi. Bu da bizə baha başa gəldi. Komandama inamımız böyükdü və inanırıq ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq.
- Bu gün çox aqressiv idiniz. Etirazınız rəqibə idi, yoxsa hakimə?
- Düşünmürəm ki, aqressiv insanam. Rəqib ikinci hissədə futbol oynamadı, vaxt "öldürməklə" məşğul idilər. Hamı qələbəyə hazır idi, bunu istəyirdi. Burda rəqibi də qiymətləndirməmək istəmirəm. Ağıllı oynadılar, düzgün müdafiə olundular və istədikləri nəticəni əldə etdilər.
- Mamadu Mbodj meydana daxil olandan sonra sırf hücumçu kimi oynadı. Onun yenə qol vuracağına inanırdınız?
- Mbodj elə futbolçudur ki, uzun ötürmələr zamanı başla yaxşı çıxış edir. Sonlarda gördüm ki, rəqib bizim qapıya tərəf yaxınlaşmır. Artıq müdafiəçi saxlamağa lüzum görmədim. Buna görə də Mbodju meydana buraxdım ki, hər an qol vura bilər.
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər
Haaland Avropa rekordunu yenilədi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Millimizin rəqibləri müəyyənləşdi
Sergen Yalçın əməliyyat olundu
“Araz-Naxçıvan”ın "Benfika" ilə cavab matçının vaxtı bilindi
"Milan" 41 yaşlı müdafiəçini transfer etmək istəyir
"Real"ın futbolçusu Türkiyəyə qarşı oynaya bilməyəcək
Harri Keyndən yeni rekord
Azərbaycan idman tarixində ilk
İtaliya Norveçə belə uduzdu - Video
Bu gün QOL.az saytının 17 yaşı tamam olur
“Qarabağ”ın rəqibində Konte böhranı
Daha iki komanda DÇ-2026-ya vəsiqə qazandı
Millimizin Fransa ilə oyunu - Video
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi