Rusiya millisinin Azərbaycan əslilli sabiq futbolçusu Aleksandr Səmədov 35 yaşında karyerasını başa vurub.
Qol.az-ın xəbərinə görə, bu haqda o, özünün rəsmi İnstagram səhifəsində məlumat yayıb. Səmədov karyerası ərzində ona dəstək olan klublara, məşqçilərə, həkimlərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
Xatırladaq ki, Rusiya futbolunun yetirməsi olan A.Səmədov “Spartak”, “Lokomotiv”, “Moskva”, “Dinamo” və “Krılya Sovetov”da oynayıb. 2000-ci illərin əvvəllərində o, Azərbaycan milli komandasının düşərgəsində təlim-məşq toplanışında olub. Lakin sonradan AFFA tərəfindən ona göndərilən təkliflərin heç birini qəbul etməyib.
Səmədov 2011-ci ildə seçimini Rusiya millisinin lehinə edib və 2018-ci ilə qədər həmin komandada oynayıb.
Azərbaycan çempionatında oynaya bilərdi
Qeyd edək ki, son klubu "Krılya Sovetov"dan ayrıldıqdan sonra Səmədov karyerasını Rusiyadan kənarda davam etdirə biləcəyini bildirmişdi. O, verdiyi müsahibədə ad açıqlamasa da, Azərbaycan klubularından birindən də dəvət aldığını söyləmişdi.
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı