"Barselona" üçün gözlənilməz tələb - sponsor maşınları geri istəyir

"Barselona" üçün gözlənilməz tələb - sponsor maşınları geri istəyir
DÜNYA FUTBOLU 23 İyul 2019 / 18:01 5784
-  A +

"Barselona"nın "Audi" şirkəti ilə əməkdaşlığı başa çatıb.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, tərəflər arasında müqavilənin müddəti iyun ayının 30-da bitib. Bundan sonra dünyaca məşhur avtomobil konserni sponsorluq müddətində Kataloniya klubunun futbolçularına pulsuz verilən maşınların geri qaytarılmasını xahiş edib. Futbolçulara bildirilib ki, Asiya toplanışından sonra avtomobillər "Audi" şirkətinə təhvil verilməlidir.

"Barselona"lı oyunçuların səfər zamanı tez-tez rəqib şirkətlərin avtomobillərindən istifadə etməsi "Audi"nin narazılığına səbəb olub.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq