"Fənərbaxça"nın hücumçusu "Rizəspor"da - rəsmi

"Fənərbaxça"nın hücumçusu "Rizəspor"da - rəsmi
DÜNYA FUTBOLU 14 İyul 2019 / 17:50 4758
-  A +

"Fənərbaxça"nın hücumçusu Mixael Fray karyerasını "Rizəspor"da davam etdirəcək.

Qol.az-ın "ntvspor"a istinadən yaydığı xəbərə görə, bu barədə Qaradəniz təmsilçisinin prezidenti Həsən Qartal məlumat verib. O, 24 yaşlı forvardın keçidi ilə bağlı "Fənərbaxça" ilə anlaşdıqlarını bildirib. Oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Fənərbaxça"ya ötən yay İsveçrənin "Sürix" klubundan keçən Fray İstanbul təmsilçisində meydana çıxdığı 14 oyunda cəmi 3 qol vurub.

Son xəbərlər